AZ

Pakistan vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb

Pakistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına təhlükəsizlik məqsədilə İrana bütün zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Bildirilir ki, Pakistan vətəndaşlarına təhlükəsizliklərini təmin etmək məqsədilə vəziyyət yaxşılaşacağı müddətədək İrana bütün zəruri olmayan səfərlərdən çəkinmələri tövsiyə olunur.

"Pakistan XİN hazırda İranda yaşayan Pakistan vətəndaşlarını son dərəcə ehtiyatlı olmağa, ayıq-sayıq davranmağa, zəruri olmayan səfərləri minimuma endirməyə və Pakistanın diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqədə qalmağa çağırır",-deyə məlumatda bildirilir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Hələ də davam edən etiraz aksiyaları zamanı onlarla vətəndaşın öldüyü bildirilir. 

Seçilən
58
2
xezerxeber.az

3Mənbələr