AZ

ABL: Sabah NTD yə, Neftçi Şəki yə qarşı

Fanat saytına istinadən ain.az xəbər verir.

Bu gün Azərbaycan Basketbol Liqasının XII turu çərçivəsində daha iki görüş reallaşacaq.

Fanat.Az xəbər verir ki, hər iki matç A qrupunda keçiriləcək.

Saat 14:00-da “Sabah” NTD ilə üz-üzə gələcək. “Sabah” 19 xalla qrupda ikinci yerdədir. Sonuncu – 6-cı pillədə olan NTD-nin isə 11 xalı var.

Günün son qarşılaşması saat 17:00-da “Neftçi” və “Şəki” arasında keçiriləcək. “Neftçi” 14 xalla 4-cüdür. “Şəki” isə 13 xalla beşinci pillədə yer alıb.

Hər iki matç “Sərhədçi” İdman Mərkəzində oynanılacaq.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Ordu” “Quba”nı (116:111), “Lənkəran” “Sərhədçi”ni (72:69), “Naxçıvan” isə “Sumqayıt”ı (97:81) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
fanat.az

3Mənbələr