AZ

Bakı təsdiqlədi, Paşinyan təşəkkür etdi İki xalq üçün yeni fürsət

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan–Ermənistan münasibətlərində mövcud mərhələnin mahiyyətini olduqca dəqiq və korrekt şəkildə ifadə edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, 8 avqustdan bu yana elə də böyük zaman məsafəsi keçməsə də, artıq praktik nəticələrin mövcudluğu tərəflərin de-fakto sülh şəraitində yaşadığını göstərir:

“Hazırda biz sülhün nə demək olduğunu mərhələli şəkildə öyrənirik. Uzun illər ərzində iki ölkə və xalq arasında münasibətlər qopuq olub, etimad isə faktiki olaraq mövcud deyildi. Bu vəziyyəti dəyişmək üçün təkcə siyasi iradə kifayət etmirdi, eyni zamanda cəmiyyətlər arasında ilkin təmaslar qurulmalı, iqtisadi münasibətlərin ilk nümunələri formalaşmalı idi.

SOCAR tərəfindən yerli mənşəli neft məhsullarının ilk dəfə Ermənistana ixrac edilməsi məhz bu mərhələli və təmkinli yanaşmanın nəticəsidir. Bu prosesdə Ermənistanın özəl sektorunun da iştirak etməsi təsadüfi deyil. Dövlət və özəl tərəfdaşlığın paralel şəkildə cəlb olunması son dərəcə ağıllı və praqmatik yanaşmadır. Təsadüfi deyil ki, bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan məsələni yüksək qiymətləndirərək Azərbaycan Prezidentinə təşəkkürünü ifadə etdi. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakteri daşıyır və bu, heç bir halda Bakının prinsipial mövqeyinin yumşalması kimi dəyərləndirilə bilməz”.

Şəbnəm Həsənova

Politoloq deyib ki, hazırda de-yure sülh müqaviləsi mövcud deyil və onun imzalanması üçün Azərbaycanın şərtləri bəllidir:

“Benzin və digər neft məhsulları heç bir güzəşt olmadan, beynəlxalq bazar qiymətlərinə uyğun şəkildə satılır. Burada imtiyazdan və ya siyasi jestdən söhbət gedə bilməz. Azərbaycan bu addımla həm enerji tədarükünü şaxələndirir, həm də regionu iqtisadi mərkəzə çevirmə strategiyasını davam etdirir. Ermənistanın illərdir bu məhsullara ehtiyacı var idi. De-fakto sülh gündəliyi çərçivəsində həyata keçirilən bu ixrac hər iki tərəfə iqtisadi və siyasi dividendlər qazandırır. Söhbət cəmiyyət üçün həyati əhəmiyyət daşıyan ilkin tələbat məhsullarından gedir.

Bu proseslər eyni zamanda etimad quruculuğuna xidmət edir və gələcəkdə de-yure sülhün əldə olunmasına fundamental zəmin yaradır. Bu addımlar iki dövlətin, iki xalqın və iki cəmiyyətin iqtisadi mübadilədə nə qədər uğurlu ola biləcəyini ölçən real meyardır. De-yure sülh əldə edildikdən və digər regional layihələr reallaşdıqdan sonra mövcud razılaşmalara yenidən baxılması mümkün ola bilər”.

Turan Rzayev

Globalifno.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
globalinfo.az

2Mənbələr