Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
AzNews.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstanla sərhədi avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.
Rayonun Yengiyan kənd sakini 1987-ci il təvəllüdlü Dilqəm Məmmədovun idarə etdiyi “Opel Vectra” markalı avtomobillə Əliabad qəsəbə sakini 1987-ci il təvəllüdlü Xəyalə Herovovanın idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil toqquşub.
Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.