AZ

ABŞ və Ukrayna 800 milyard dollarlıq müqavilə imzalayacaq – “The Telegraph”


ABŞ və Ukrayna hökumətləri müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləri ilə bağlı 800 milyard dollar dəyərində ikitərəfli müqavilə imzalayacaqlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti mənbələrə istinadla məluat yayıb.
Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp gələcək müqavilənin bütün detallarını müzakirə etmək üçün İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər.
Plana əsasən, on il ərzində 800 milyard dollarlıq investisiya qoyulacaq.
Lakin qəzet Davos çərçivəsində Ukraynada yerləşdiriləcək təhlükəsizlik qüvvələrinin yaradılması ilə bağlı müqavilənin imzalanıb-imzalanmayacağı barədə məlumat verməyib.
Bundan əlavə, qəzetin mənbələri Zelenskinin ABŞ-də Ağ Ev rəhbəri ilə görüşməyə hazır olduğunu, lakin Avropa liderlərinin onu səfərdən çəkindirdikləri üçün görüşün Davosa qədər təxirə salındığını bildiriblər.
Qeyd edək ki, Dünya İqtisadi Forumu İsveçrənin qeyri-hökumət təşkilatıdır. O, biznes liderlərini, siyasi liderləri və müxtəlif sahələrdəki mütəxəssisləri bir araya gətirən illik görüşlər keçirir.
Dünya İqtisadi Forumunun üzvlərinə təxminən min iri şirkət və təşkilat daxildir.
Seçilən
71
14
yeniavaz.com

10Mənbələr