AZ

Avtomobil kanala aşdı, sürücü öldü

Dumanlı hava yolda məhdudiyyətli görünməyə səbəb olduğu üçün təhlükəsizlik baxımından əlverişsiz hesab edilir. Təəssüf ki, bir sıra hallarda sürücülərin bu xüsusda verilən tövsiyələrə əməl etməməsi sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.

Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Belə ki, ötən gün Neftçala rayon sakini Yaşar Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb. Köməksiz vəziyyətdə qalan 73 yaşlı Y.Kərimov hadisə yerində həyatını itirib.

Seçilən
67
2
publika.az

3Mənbələr