ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.
Yanvarın 11-də “Səs” qəzetinin fəaliyyətə başlamasının 35-ci ili tamam olur. Qəzet Azərbaycan milli mətbuatında özünəməxsus yeri olan, zəngin inkişaf tarixi keçib, ölkəmizdə jurnalistikanın inkişafına xidmət göstərən media orqanı kimi tanınır.
“Səs” qəzeti respublikamızın çox çətin bir vəziyyətdə olduğu zamanlarda fəaliyyətə başlayıb. 1990-cı illərin əvvəlində Azərbaycanda mürəkkəb siyasi proseslərin, hakimiyyət uğrunda mübarizələrin davam etdiyi bir şəraitdə bu qəzet respublikamızın yalnız Ulu Öndər Heydər Əliyev tərəfindən xilas edilə biləcəyini bəyan edib və Onun tərəfdarlarının tribunasına çevrilib, cəsarətlə öz sözünü deyib, daim ədalətin zəfər çalması uğrunda mübarizə aparıb. Məhz bu mübarizliyinə görə, Ulu Öndər Heydər Əliyev “Səs” mənim üçün əziz ən qəzetdir” deyib.
Bütövlükdə, 35 illik fəaliyyəti dövründə “Səs” qəzeti daim Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasi kursuna, milli mətbuatımızın ənənələrinə və milli dövlətçiliyimizə sədaqətlə xidmət edib.
Şübhəsiz ki, qəzetin inkişafında onun yaradıcı kollektivinin böyük xidmətləri vardır. Bu qəzetin kollektivi vətənpərvər, dövlətimizin milli maraqlarına xidmət edən jurnalistlərdən ibarətdir.
“Yeni Azərbaycan” qəzetinin kollektivi olaraq “Səs” qəzetini 35 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, Baş redaktor Bəhruz Quliyev başda olmaqla qəzetin kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.