AZ

Pakistandan vətəndaşlarına İrana səfərlə bağlı XƏBƏRDARLIQ FOTO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Pakistan Xarici İşlər Nazirliyi vətəndaşlarına İrana zəruri olmayan səfərlərdən çəkinməklə bağlı xəbərdarlıq edib.Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin "X" hesabında yazılıb.Bildirilib ki, təhlükəsizliklərini təmin etmək məqsədilə Pakistan vətəndaşlarına şərait yaxşılaşana qədər İran İslam Respublikasına bütün zəruri olmayan səfərlərdən çəkinmələri tövsiyə olunur.

 

Hazırda İranda yaşayan Pakistan vətəndaşları isə son dərəcə ehtiyatlı olmağa, ayıq-sayıq davranmağa, vacib olmayan səfərləri minimuma endirməyə və aşağıda göstərilən əlaqə məlumatları vasitəsilə Pakistanın diplomatik nümayəndəlikləri ilə mütəmadi əlaqədə qalmağa çağırılıb.

Xatırladaq ki, İranda iki həftədir, mövcud siyasi idarəçiliyin əleyhinə kütləvi etiraz aksiyaları keçirilir.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
7
bizim.media

9Mənbələr