Bu il ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında ofsayd qaydaları ilə bağlı hansısa güzəşt tətbiq olunmayacaq. Bu haqda “The Athletic” məlumat yayıb.
Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə təşkil ediləcək mundialda İngiltərə premyer-liqasında istifadə edilən 5 santimetrlik “güzəşt zonası” qüvvədə olmayacaq. “The Athletic”in məlumatına görə, İngiltərə çempionatında 2021/22 mövsümündən indiyədək ofsayd xətləri çəkilərkən daha qalın xətlərdən istifadə olunur. Bu, şübhəli məqamlarda qərarın hücumçunun xeyrinə verilməsini təmin edir. Məsələn, “Liverpul”un “Fulhem”lə son oyununda Florian Virtsin vurduğu qol məhz bu 5 santimetrlik limitə görə qeydə alınmışdı. Lakin dünya çempionatında bu cür incə məqamlarda güzəşt edilməyəcək.
Bundan başqa, FİFA-nın ofsayd qərarlarının dəqiqliyini artırmaq üçün yeni texnologiyadan istifadə edəcəyi bildirilir. Ali futbol qurumu turnirdə iştirak edən bütün futbolçuların 3D modellərini yaradacaq ki, bu da oyundankənar vəziyyətlərin millimetrik dəqiqliklə təyin edilməsinə imkan verəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta