AZ

Daha iki rayonda heyvan bazarı açıldı

Şamaxı və Göyçay rayonlarındakı heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib.

AQTa-dan Xezerxeber.az-a verilən məlumata görə, bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb.

Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi.

“Bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir”, - deyə məlumatda bildirilir.

Seçilən
82
25
xezerxeber.az

10Mənbələr