ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Ağ Evdə Kolumbiya Prezidenti Qustavo Petro ilə görüş keçirməyi planlaşdırır.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Donald Tramp "Truth" sosial şəbəkəsində paylaşdığı açıqlamada verib.
Məlumata görə, liderlərin üzbəüz görüşünün fevral ayının ilk həftəsində baş tutması nəzərdə tutulur.
Xatırladaq ki, bir gün əvvəl Donald Tramp və Qustavo Petro arasında ilk telefon danışığı reallaşıb.
Hüseyn
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.