AZ

Son hədd və rejimin çöküşünə doğru: ruhanilər böhranı həll edə bilmir

ain.az, Ayna portalına istinadən məlumat verir.

“Artıq kifayətdir. Bu rejim 50 ildir ki, ölkəmi idarə edir. Nəticələrə baxın. Biz kasıb, təcrid olunmuş və məyus olmuşuq”

İranda sürətlə böyüyən hökumət əleyhinə hərəkat və artan xarici təzyiq fonunda ruhani elitası İslam Respublikasının legitimlik böhranını həll edə bilmir. Ötən ay Tehranda başlayan nümayişlər İranın bütün 31 əyalətinə yayılıb. Amma iğtişaşlar hələlik Məhsa Əmininin həbsdə ölümü ilə başlayan 2022-2023-cü illər iğtişaşlarının miqyasına çatmayıb.

“Reuters”in İranda baş verənlərlə bağlı təhlilində qeyd edilib ki, Tehranda rialın kəskin şəkildə ucuzlaşmasından qəzəblənən “Böyük bazar”dakı dükan sahiblərinin etirazları ilə başlayan son etirazlar indi qadın və qızlardan daha çox gənc kişiləri əhatə edib.

ABŞ-da yerləşən HRANA agentliyi iğtişaşlar zamanı ən azı 34 etirazçının və dörd təhlükəsizlik işçisinin ölümü, eləcə də 2200 nəfərin həbs olunması barədə məlumat verib.

Cümə axşamı günü İranda internet kəsilib. İnternet monitorinq qrupu NetBlocks-a görə, bu, cümə gününə qədər davam edir. Bu kəsilmə 1979-cu il İslam İnqilabı zamanı devrilmiş İranın sonuncu şahının oğlu Rza Pəhləvinin xaricdən yeni etirazlar çağırışları ilə üst-üstə düşüb.

“Çöküş təkcə rialla bağlı deyil, həm də etibarla bağlıdır”, – deyə Vaşinqtondakı Yaxın Şərq İnstitutunun İran proqramının direktoru Aleks Vatanka bildirib. Hakimiyyət orqanları iqtisadiyyatla bağlı etirazların qanuni olduğunu və dialoq aparılacağını bəyan edərək, eyni zamanda, gözyaşardıcı qaza əl ataraq iğtişaşlara ikili yanaşma saxlamağa çalışırlar.

Tehranın bölgədəki təsiri İsrailin Qəzzadakı HƏMAS-dan Livandakı Hizbullaha, Yəməndəki Husilərə və İraqdakı milislərə hücumları, eləcə də İranın yaxın müttəfiqi Suriya diktatoru Bəşər Əsədin devrilməsi səbəbindən zəifləyib.

“X” sosial mediada dərc olunmuş və “Reuters” tərəfindən təsdiqlənmiş videoda ölkənin şimal-şərqindəki ikinci ən çox əhalisi olan Məşhəd şəhərində etirazçıların bayraq dirəyindən böyük bir İran bayrağını çıxarıb yıxdıqları göstərilir.

Bu həftə agentlik tərəfindən təsdiqlənmiş digər videolarda Tehranın “Böyük bazar”ında təhlükəsizlik qüvvələri ilə toqquşmalar və cənub-qərbdəki İlam əyalətindəki Abdanan şəhərindən keçən şən etirazçılar göstərilir.

“Reuters”in həqiqiliyini təsdiqləyə bilmədiyi şimal-şərqdəki Qonabad şəhərindən çəkilmiş videoda gənclərin ruhanilərə qarşı üsyan nümayişi olaraq onları alqışlayan böyük bir etirazçı kütləsinə qoşulmaq üçün seminariya məscidindən qaçdıqları göstərilir.

Vatanka bildirib ki, “İranın ruhani sistemi repressiyalar və taktiki güzəştlər yolu ilə təkrarlanan etiraz dövrlərindən xilas ola bilsələr də bu strategiya öz son həddinə çatır”.

“İndi dəyişiklik qaçılmaz görünür; rejimin çökməsi mümkündür, lakin zəmanətli deyil”, – deyə o bildirib.

Suriya, Liviya və İraq kimi regionun digər ölkələrində uzun müddət liderlik edənlər yalnız etirazlar və hərbi müdaxilənin kombinasiyasından sonra süquta uğrayıblar.

ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik qüvvələri İran etirazçılarına atəş açsa, onların köməyinə gələ biləcəyini bildirib. O ətraflı məlumat vermədən 2 yanvarda, İsrail və Amerika qüvvələrinin 12 günlük müharibədə İranın nüvə obyektlərini bombalamasından yeddi ay sonra “Biz döyüşə hazırıq”, – deyə yazıb.

Çoxillik hakimiyyətinin ən çətin anlarından biri ilə üzləşən Ali Lider Ayətullah Seyid Əli Xameneyi buna İranın “düşmənə təslim olmayacağına” söz verərək cavab verib.

İranın keçmiş rəsmisi 86 yaşlı liderin proksi qüvvələr yaratmaq, sanksiyalardan yayınmaq və nüvə və raket proqramları inkişaf etdirmək siyasətinin iflasa uğradığını bildirərək, onun üçün asan bir çıxış yolu olmadığını söyləyib.

İranın daxilində xarici hərbi müdaxilənin qaçılmaz və ya mümkün olub-olmadığı barədə fikirlər iki yerə bölünüb. Hətta hökumətin qatı tənqidçiləri də bunun arzuolunan saymırlar.

“Artıq kifayətdir. Bu rejim 50 ildir ki, ölkəmi idarə edir. Nəticələrə baxın. Biz kasıb, təcrid olunmuş və məyus olmuşuq”, – deyə mərkəzi İsfahan şəhərindən olan 31 yaşlı bir kişi anonimlik şərti ilə danışıb.

Xarici müdaxiləni dəstəkləyib-dəstəkləmədiyi soruşulduqda, o, “Xeyr. Ölkəmin yenidən hərbi zərbələrə məruz qalmasını istəmirəm. Xalqımız kifayət qədər əziyyət çəkib. Biz bütün dünya ilə sülh və dostluq istəyirik” cavabını verib.

İslam Respublikasının sürgündəki müxalifətçiləri özləri də dərin bölünmüş vəziyyətdədirlər. Onlar da mövcud nizamı devirmək anının yaxın olduğuna inanırlar və yeni etirazlara çağırış ediblər. Lakin onların daxili dəstəyinin miqyası hələ də bəlli deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
ayna.az

3Mənbələr