AZ

Madrid “Real”ı 16 yaşlı almaniyalı vunderkində elçi düşüb

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Madridin “Real” klubu Berlin “Herta”sında çıxış edən 16 yaşlı vunderkind Kennet Ayxqornla maraqlanır.

İdman.Biz xəbər verir ki, “Sky Sport”un məlumatına əsasən, gənc yarımmüdafiəçi artıq Bundesliqa təmsilçisinin əsas komandasında 13 oyun keçirib.

“Transfermarkt”in məlumatına görə, futbolçunun transfer dəyəri 20 milyon avro qiymətləndirilir ki, bu da 16 yaşadək oyunçular arasında dünyanın ən yüksək göstəricilərindən biridir.

“Real” Almaniyanın yüksələn ulduzunun transferini ciddi şəkildə nəzərdən keçirir. Ayxqornun müqaviləsində 10–12 milyon avro məbləğində sərbəstqalma bəndinin yer aldığı bildirilir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
icma.az

2Mənbələr