AZ

"ABŞ Azərbaycana önəm verir, Ermənistana təzyiq göstərir" - Fidan

"Biz Qafqazda sülhü dəstəkləyən ABŞ-ın Azərbaycana önəm verdiyini və sülhün əldə edilməsi üçün Ermənistana təzyiq göstərdiyini görürük".

Manset.az xəbər verir ki. bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-də bildirib.

Onun sözlərinə görə, ABŞ-ın məqsədləri Türkiyənin regional məqsədləri ilə uyğun gəlir.

"Bu, hər şeyə aiddir: Rusiyadan tutmuş Azərbaycan-Ermənistan münaqişəsinə, Suriyadan tutmuş digər bölgələrədək", - Fidan əlavə edib.

Seçilən
59
2
manset.az

3Mənbələr