Ajans.az xəbər verir ki, yanvarın 9-da baş verən hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər zəhərlənib. Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Müşviq Əsəd oğlu Əzimov və onun anası 1955-ci il təvəllüdlü Sahibə Salman qızı Əzimova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə Müşviq Əzimov həyatını itirib, S.Əzimova isə zəhərlənib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır./oxu.az