Cənab Prezident, bu, dəstəyiniz və hərəkətə keçmək üçün təcili və təxirəsalınmaz çağırışdır.
Adalet.az xəbər verir ki, bunu İranın keçmiş şahının oğlu Rza Pəhləvi X hesabında Prezident Donald Trampa müraciət edərkən yazıb.
O bildirib ki, İran hakimiyyəti etirazları yatırmaq və nümayişçilərə qarşı zorakılıq üçün internet və rabitə vasitələrini kəsə bilər.
Qeyd edək ki,daha öncə Pəhləvi açıqlamasında xarici hərbi müdaxiləyə ehtiyac olmadığını bəyan etmişdi.