Almaniya Bundesliqasının 16-cı turunda bu gün keçirilməli olan oyunlardan ikisi təxirə salınıb.
QOL.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Söhbət “Verder” – “Hoffenhaym” və “Sankt-Pauli” – “Leypsiq” matçlarından gedir.
Hər iki matç güclü qar səbəbindən təxirə salınıb. Hələlik oyunların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.