AZ

"Qarabağ"ın xidmətinə ehtiyac duymadığı hücumçu ora qayıtdı

"Qarabağ"ın sabiq forvardı Redon Cica Albaniyaya geri qayıdıb.

Sportinfo.az xəbər verir ki, alban hücumçu “Tirana”dan gələn təkliflə razılaşıb.

O, Əlcəzairin “Beluizdad” klubundan ayrılaraq “Tirana”ya keçib. Cica mövsümün sonuna qədər Albaniya klubunda icarə əsasında çıxış edəcək.

“Laçi”, “Tirana” klublarında da oynamış Redon 2023-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Seçilən
16
sportinfo.az

1Mənbələr