AZ

"Bu çempionatın fərqi ondan ibarətdir ki..."

Bu il Azərbaycan idmanı üçün çox əhəmiyyətlidir.

Sportinfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib.

O, yarışlara ciddi hazırlaşmağın vacibliyini vurğulayıb:

"Bu il Azərbaycan idmanı üçün çox əhəmiyyətlidir. Çünki lisenziya yarışları keçiriləcək.

Ciddi hazırlaşmaq lazımdır. Bu çempionatın fərqi ondan ibarətdir ki, burada müxtəlif növlər üzrə idmançılar yarışır".

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.

Seçilən
44
sportinfo.az

1Mənbələr