Hər il ölkədə qiymət artımı müşahidə edilir. Bu isə hər bir sahəyə öz təsirini göstərir. Bəs qiymət artımı toy şənliklərinə təsir edibmi?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Xalq artisti Niyaməddin Musayev bildirib ki, toy sifarişlərində azalma yoxdur.
“Büdcəyə uyğun dəvətlər olur. Toylar yaxşı keçir. Qiymət artımı heç bir mənfi təsir göstərməyib. Gedin restoranlara baxın, görün nə qədər insan orada əylənir. Bunların hamısı puldur... Sonra deyirlər ki, Azərbaycanda vəziyyət yaxşı deyil, əksinə Azərbaycanda vəziyyət çox yaxşıdır. Şoulara gedəndə görürük ki, 700-800 nəfər gəlib əylənir. Toylarda müğənnilərə tələbat var. Hər müğənninin öz tamaşaçısı, sevənləri var. Toylarda hansısa azalma müşahidə edilmir, vəziyyət çox yaxşıdır”.
Şəhanə Quliyeva