AZ

Britaniya Ukraynaya qoşunların yerləşdirilməsi üçün hazırlıq məqsədilə 200 milyon funt sterlinq ayırıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Böyük Britaniya hökuməti atəşkəsdən sonra Britaniya qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi üçün hazırlıq məqsədilə 200 milyon funt sterlinq (268 milyon dollar) ayırıb.

APA xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Heli Kiyevə səfəri zamanı bildirib.

"Müdafiə naziri bu gün bu il üçün 200 milyon funt sterlinq ayrıldığını təsdiqləyib və bu, xüsusilə Ukraynaya çoxmillətli qüvvələrin mümkün yerləşdirilməsi üçün hazırlıqların maliyyələşdirilməsinə ayrılacaq", - Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
apa.az

2Mənbələr