AZ

Pensiyalar gecikəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.

 

Milli.az bildirir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının 13-də ödəniləcək.

 

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

 

Xatırladaq ki, 2025-ci ildə əvvəlcədən təyin olunmuş qırafik üzrə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar hər ayın 9-10-u verilirdi.

 

Qeyd edək ki, 2026-cı ilin yanvar ayından etibarən 1,1 milyon nəfəri əhatə edən bütün növ əmək pensiyalarının təxminən 10% artırılması planlaşdırılır. Pensiya artımı orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətən yüksəlməsi ilə bağlıdır. Hazırda orta aylıq əməkhaqqı 9,7% artaraq 1093 manata çatıb.

Seçilən
75
17
senzor.az

10Mənbələr