AZ

Tehranda etirazçılar çoxlu sayda dövlət binasına ziyan vurdular

Tehranda etirazçılar 25 məscidi yandırıb, 26 banka və 10 dövlət binasına ziyan vurublar.

Publika.az xəbər verir ki, bunu Tehran meri Əlirza Zəkani İranın dövlət televiziyasına açıqlayıb.

"Vandallar həmçinin dünən gecə 42 avtobusu, təcili yardım maşınlarını, 24 mənzili yandırıblar", - deyə mer bildirib.

Zəkaninin sözlərinə görə, etirazçılar həmçinin 48 yanğınsöndürmə maşınını yandırıb və hüquq-mühafizə orqanlarının postlarına hücum ediblər.

Seçilən
57
1
publika.az

2Mənbələr