AZ

La Liqa: “Real Sosyedad” səfərdə “Xetafe”ni məğlub edib VİDEO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İspaniya La Liqasının 19-cu turunun “Xetafe” və “Real Sosyedad” komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, komandalar Xetafedəki “Kolizey” stadionunda oynayıblar. Qonaq komandanın oyunçuları 2:1 hesablı qələbə qazanıblar.

“Real Sosyedad”ın yarımmüdafiəçisi Brays Mendes matçın ilk qolunu 36-cı dəqiqədə vurub. Xuanmi 90-cı dəqiqədə hesabı bərabərləşdirib. Xon Aramburu 90+6-cı dəqiqələrdə qələbə qolunu vurub.

19 oyundan sonra “Xetafe” 21 xalla 11-ci yerdədir. “Real Sosyedad”ın da 21 xalı var və 10-cu yerdə qərarlaşıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
icma.az

2Mənbələr