AZ

Neftçalada avtomobil kanala aşıb, keçmiş baş həkim ölüb

Neftçalada avtomobilin kanala aşması sürücünün ölümü ilə nəticələnib.

 

Hadisə Neftçala rayonunun Qırmızıkən kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Neftçala rayon sakini Yaşar Kərimovun idarə etdiyi "Toyota" markalı avtomobili idarəetməni itirərək kanala aşıb. Sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonunun Şorsulu kənd əsəb-dispanser xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

 

APA

Tarix: 10 Yanvar 2026, 01:20   
Seçilən
27
5
pravda.az

10Mənbələr