AZ

İranda kürd dövləti QURULACAQ? – ŞOK SSENARİ həyata keçsə…

İranda küçə etirazlarının yenidən başlaması çox az adam üçün gözlənilməz oldu. Siyasət və iqtisadiyyat üzrə mütəxəssislər uzun müddətdir ki, “ac qalan insanların” yenidən küçələrə çıxacağını proqnozlaşdırırdılar. Xalqın gözləntiləri və İrandakı ağır iqtisadi vəziyyət cəmiyyətin bir partlayışın və etiraz dalğasının astanasında olduğunu göstərirdi. Sadəcə, bunun vaxtı, yeri və alovu alışdıracaq qığılcım bəlli deyildi. Ağır iqtisadi təzyiqlər və siyasi çıxılmazlığın üst-üstə düşməsi yeni küçə etirazları üçün zəmin yaratdı. Mövcud etirazların ilk günlərində hökumət və ona bağlı media xalqın narazılığını “anladıqlarını” bildirsə də, bunu əsasən dolanışıq problemləri ilə məhdudlaşdırmağa çalışdı. Lakin etirazçılarla yaşanan gərginliklər və zorakılıqla müşayiət olunan toqquşmalar barədə xəbərlər artdıqca, rəsmi qurumların tonu getdikcə sərtləşdi. İndi hadisələrin necə cərəyan edəcəyi xüsusi maraq doğurur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, İranda rejim çökərsə, hadisələrin necə cərəyan edəcəyini təxmin etmək üçün qonşu İraqa baxmaq lazımdır:

“Böyük ehtimalla İran da İraq kimi ilkin mərhələdə dağılmayacaq, amma güclü mərkəzi hakimiyyətin formalaşmasına da imkan verilməyəcək. Kürdlərin təşkilatlanmış və xarici dəstəyə sahib güc kimi ön plana çıxacağı şübhəsizdir. İraq və Suriyadan sonra İranda da mərkəzdən asılılığı minimuma enən və öz ordusu olan kürd muxtar bölgəsinin ortaya çıxması ehtimalı yüksəkdir”.

“Əgər Türkiyədə mövcud hakimiyyət sərt xətti davam etdirərsə və azad seçki institutuna da qəsd edib, dinc dəyişiklik yolunu bağlayarsa, Orta Şərqdəki müstəqil kürd dövləti layihəsinin 4‐cü parçası bir müddət sonra Türkiyə içərisindən çıxacaq və pazl tamamlanmış olacaq”, – deyə politoloq bildirib.

Seçilən
84
nocomment.az

1Mənbələr