Tərtərdə ötən gecə baş verən qəza zamanı polis əməkdaşı ölüb.
Pravda.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan VAZ-2107 markalı avtomobil qarşıdan gələn traktora çırpılıb. Qəza zamanı həlak olan şəxsin polis zabiti olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 10 Yanvar 2026, 00:03