AZ

On ildən artıq təcrübəsi olan sürücülər ötən il 488 yol nəqliyyat hadisəsi törədiblər

ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Bəzən sürücülər uzun illər sükan arxasında olmasına, tanış marşruta və ya avtomobilinin texniki imkanlarına güvənərək riskləri düzgün qiymətləndirmirlər. Halbuki yol hərəkəti elə bir mühitdir ki, burada hər an gözlənilməz vəziyyət yarana, qəfil təhlükə meydana çıxa bilər.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

“Statistika göstərir ki, 2025-ci il ərzində 10 ildən artıq təcrübəsi olan sürücülər tərəfindən 488 yol-nəqliyyat hadisəsi törədilib ki, bu da ümumi qəzaların 39 faizini təşkil edir. Sürücünün həddindən artıq özünə güvənməsi sürətin düzgün seçilməməsinə, təhlükəsiz ara məsafəsinin saxlanılmamasına, riskli manevrlərə səbəb olur. Bir anlıq yanlış qərar isə ağırlıq dərəcəsi yüksək olan qəza deməkdir. BDYPİ bir daha sürücülərə səslənir: Təcrübə məsuliyyətin artması, xətaların azalmasıdır.Yolda özünüzə deyil, qaydalara güvənin!”, - deyə məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
6
yeniazerbaycan.com

10Mənbələr