AZ

“Mançester Yunayted” “Leypsiq”in vingeri üçün rəsmi təklif göndərib

 “Leypsiq”in cinah hücumçusu Yan Diomand karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.

 90deqiqe.Az-ın "Caught Offside"ya istinadən məlumatına görə, "qırmızı şeytanlar" futbolçunun transferi ilə bağlı Almaniya klubuna rəsmi təklif irəli sürüb.

Mənbənin bildirdiyinə görə, “Leypsiq” 19 yaşlı vingeri təxminən 100 milyon avro dəyərində qiymətləndirir və 60–70 milyon avro həcmində təkliflərin kifayət etməyəcəyini qarşı tərəfə çatdırıb. Eyni zamanda qeyd olunur ki, Almaniya klubu Diomandın transferi ilə bağlı daha çox yay transfer pəncərəsində danışıqlara açıqdır və qışda futbolçunun gedişini real variant kimi görmür.

Cari mövsümdə Yan Diomand bütün turnirlər daxil olmaqla 16 oyunda iştirak edib, 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Leypsiq”lə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, onun bazar dəyəri 45 milyon avro təşkil edir.

Seçilən
18
90deqiqe.az

1Mənbələr