“Bornmut”un cinah hücumçusu Antuan Semenyonun 72 milyon avro qarşılığında “Mançester Siti”yə transferindən sonra “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola futbol tarixində ümumi transfer xərcləri 2 milyard avronu keçən ilk çalışdırıcı olub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Transfermarkt" portalı məlumat yayıb.
Mənbənin məlumatına əsasən, 54 yaşlı mütəxəssisin karyerası ərzində transferlərə xərclədiyi ümumi məbləğ 2,58 milyard avro təşkil edir.
Xosep Qvardiola məşqçilik karyerası ərzində “Barselona”nın həm gənclər, həm də əsas komandasında, eləcə də “Bavariya” və “Mançester Siti”də çalışıb. İspaniyalı mütəxəssis 2016-cı ilin yayından etibarən “şəhərlilər”ə rəhbərlik edir.
Onun rəhbərliyi altında “Mançester Siti” altı dəfə İngiltərə Premyer Liqasının qalibi olub, həmçinin UEFA Çempionlar Liqasını qazanıb. Qvardiolanın klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.