AZ

Britaniyada Yaşıllar partiyası Leyboristlərlə əməkdaşlıq edə bilər

ain.az bildirir, Azvision portalına istinadən.

AzVision.az “The Independent”ə istinadən xəbər verir ki, lakin Yaşıllar partiyasının lideri Zak Polanski bu ehtimalın yalnız Leyboristlərə Kir Starmerin rəhbərlik etmədiyi halda mümkün ola biləcəyini vurğulayıb. Rəy sorğularında Yaşıllar partiyasının sürətlə yüksəlməsi fonunda, may ayında keçiriləcək yerli seçkilərdə Leyboristlər partiyası ilə Reform UK-ə qarşı birgə çıxış etmə ehtimalı geniş müzakirə olunur. Lakin Z.Polanski bildirib ki, hazırda əsas məqsədi Leyboristlərlə əməkdaşlıq etmək deyil, onları əvəzləməkdir. O qeyd edib ki, əgər Leyboristlər partiyasına keçmiş Baş nazir müavini Ancela Reyner rəhbərlik etsəydi, mümkün ittifaqı nəzərdən keçirə bilərdi. Bununla belə, o, hazırkı şəraitdə belə bir razılaşmanın mümkünsüz olduğunu bildirib. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
53
2
azvision.az

3Mənbələr