AZ

​"Fənərbaxça" ulduz futbolçunu göndərir

"Fənərbaxça"nın mərakeşli hücumçusu Yusif En-Nesiri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Metbuat.az xəbər verir ki, ulduz hücumçunun mövsümün fasiləsində klubdan ayrılacağı iddia edilir. "The Athletic"də dərc olunan xəbərə görə, "Nottingham Forest" Yusif En-Nesirini transfer etmək istəyir. Futbolçunun da "Fənərbaxça"dan getmək istədiyi irəli sürülüb. "Fənərbaxça"nın yeni hücumçu axtardığı bildirilib.

Qeyd edək ki, 2024-cü ildə “Sevilla”dan transfer edilən Yusif En-Nesiri "Fənərbaxça"da 77 oyunda 38 dəfə fərqlənib və 8 məhsuldar ötürmə edib.

Seçilən
55
8
metbuat.az

10Mənbələr