Yazını böyüt
Yazını kiçilt
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər 2002-ci il təvəllüdlü S.Məmmədov və 2001-ci il təvəllüdlü E.Bayramovdur. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.