AZ

Mahir Osmanov vəfat etdi - Foto

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ailəsinə ağır itki üz verib.

"Yeni Sabah" xəbər verir ki, Xəzər Dəniz Neft Donanmasının istifadəsində olan “Kopyor–315” gəmisinin kapitanı Mahir İsa oğlu Osmanov vəfat edib.

Qeyd edək ki, Mahir Osmanov 30 may 1961-ci ildə Qəbələ rayonunun Mıxlıqovax kəndində dünyaya göz açıb. 1969–1978-ci illərdə Mıxlıqovax kənd orta məktəbində təhsil alıb. 1978–1981-ci illərdə Bakı Dəniz Yolları Məktəbində “Gəmi sürücülüyü” ixtisası üzrə təhsilini davam etdirib.

1981-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matros kimi əmək fəaliyyətinə başlayıb və kapitan vəzifəsinədək yüksəlib. 2009-cu ildən etibarən məhz bu vəzifədə fəaliyyət göstərib.

Allah rəhmət eləsin!

 


Telegram kanalımız
Seçilən
118
4
yenisabah.az

6Mənbələr