AZ

Şiddətli döyüşlər gedir: Rus ordusu daha bir ərazini ələ keçirdi

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dnepropetrovsk vilayətində irəliləyən Rusiya bölmələri Volne kəndini nəzarətə götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi Teleqram kanalları məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Rusiya hərbçiləri daha əvvəl ələ keçirilmiş Bratskoye yaşayış məntəqəsindən bir neçə kilometr aralıda yerləşən ukraynalı silahlı qrupları Volne kəndindən çıxarmağa nail olublar.

Bundan əlavə, Volne kəndi yaxınlığında yerləşən Novoskelevatoye istiqamətində, Pokrovskoye kəndinin yarımmühasirəyə alınması məqsədilə Rusiya hücum aviasiyasının fəallığının artdığı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Volne kəndinin Rusiya qoşunlarının nəzarətinə keçməsi ilə bağlı hələlik rəsmi təsdiq mövcud deyil.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
globalinfo.az

1Mənbələr