AZ

Gəncədə iki avtomobil toqquşdu- YARALILAR var

Ajans.az-ın məlumatına görə, qəza Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslər 2002-ci il təvəllüdlü S. Məmmədov və 2001-ci il təvəllüdlü E. Bayramovdur. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
77
1
Ajans.az

2Mənbələr