AZ

Qalmaqallı tikinti şirkəti – “Avant Group” ləğv olundu

“Avant Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a şirkətdən məlumat verilib.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Azər Hümbətov Fəxrəddin oğludur. Şirkət Bakı şəhəri Yasamal rayonu, Tbilisi pr, ev 49c, Çıraq Plaza Mərtəbə 5-də dövlət qeydiyyatına alınıb.

Hazırda “Avant” brendində olan iki MTK var: “Avant Luxe” və “Avant Nova”.

Xatırladaq ki, “Avant Group” MTK 2012-ci ildə təsis edilmiş mənzil tikinti kooperatividir. Tikinti şirkəti ölkədə “Avant Park”, “Avant Vista”, “MoMA Liv”, “Xətai Park” və “Almaz Park” kimi layihələri həyata keçirib.

Seçilən
18
4
nocomment.az

5Mənbələr