AZ

"Sabah" onun transfer hüquqlarını aldı

“Sabah” fransalı futbolçu Aaron Maludanın transfer hüququna yiyələnib.

Klubdan 90deqiqe.Az-a bildirilib ki, 20 yaşlı yarımmüdafiəçinin icarəsi ilə bağlı Fransanın “Lill” komandası ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.

Vingerlə 4 illik yeni sözləşmə bağlanıb.

Qeyd edək ki, Aaron Maluda ötən ilin sentyabr ayından "Sabah"ın formasını geyinir. O, Bakı təmsilçisinin heyətində 12 oyunda 2 qolla yadda qalıb.

Seçilən
33
2
90deqiqe.az

10Mənbələr