AZ

İranda prokuror yandırılaraq öldürüldü

İranda prokuror yandırılaraq öldürüldü

İranda davam edən iğtişaşlar zamanı Şimali Xorasan ostanının İsfərayen şəhərində prokuror və bir neçə təhlükəsizlik işçisi öldürülüb.

AFN.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb. Bildirilir ki, bu barədə ostanın məhkəməsi məlumat yayıb:

“Dünən gecə, İsfərayendəki iğtişaşlar zamanı dövlət prokuroru Əli Əkbər Hüseynzadə əraziyə nəzarət etmək üçün polis və təhlükəsizlik qüvvələri ilə birgə şəhərdə olub”.

İğtişaşçıların prokuror və təhlükəsizlik işçilərinin olduğu treylerə od vurduğu və yanğınsöndürənlərin əraziyə gəlməsinə mane olduqları vurğulanır.

Nəticədə, prokuror və bir neçə təhlükəsizlik işçisi yanaraq ölüblər.

Prokurorluq hadisəni törədənlərin tutulması üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.

Seçilən
36
4
afn.az

5Mənbələr