Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.
Gender.az bildirir ki, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir. Əməkdaşımızın sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, məhkəmədəyəm deməklə ətraflı məlumat verməkdən yayınıb.(Yenilik.az)
