AZ

Zabrat Maşınqayırma Zavodu" ASC satılmayıb, kimlərəsə peşkəş edilib



"Zabrat Maşınqayırma Zavodunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti güya hərrac yolu ilə 3 milyon manata "ZMZ Metal" MMC-yə satıb. İnternet resurslarında heç bir məlumata rast gəlinməyən həmin MMC zavoda 2 il ərzində 7,5 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair də öhdəliklər götürüb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azneftkimyamaş" ASC-nin tabeliyində olan "Zabrat Maşınqayırma Zavodu" ASC nizamnamə kapitalını 1 775 139 manat və yaxud 25 % azaldaraq 7 100 556 manatdan 5 325 417 manata endirdiyini elan etmişdi. 250 nəfər işçisi olan və mənfəətlə işləyən müəssisəni ələ keçirmək üçün bilərəkdən xərclər şişirdildi".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. Onun sözlərinə görə, buna baxmayaraq Azərbaycan neft sənayesində mühüm rol oynayan zavod müvafiq olaraq 1.2-3 milyon manat xalis gəlir əldə edib:

"Qiymətə diqqət yetirildkə əslində "Zabrat Maşınqayırma Zavodu" ASC-nin satılmadığını, sadəcə kimlərəsə peşkəş edildiyi aydın görünür. Alıcı tərəfindən ödənilən məbləğə zavod yox, Zabrat qəsəbəsi ərazisində villa almaq mümkündür. Demək, o boyda zavod babat bir villa qiymətinə alqı-satqı edilərək rəsmiləşdirilib. Azərbaycanda bu cür üsul və metodlarla dövlət mülkiyyətini və əmlakını ələ keçirmək təcrübəsi yayğındır. Bu alqı-satqı daha bir nümunə oldu".

Süleyman
Seçilən
43
1
newscenter.az

2Mənbələr