Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ağ Evin Moskvanın iki gün əvvəl ABŞ qüvvələri tərəfindən ələ keçirilən Venesuela tankerində olan rusların azad edilməsi tələbinə müsbət cavab verdiyini bildirib.
Zaxarova aydınlıq gətirib ki, ABŞ prezidenti Donald Tramp Mariner heyətinin üzvü olan iki rus dənizçinin azad edilməsi qərarını şəxsən özü verib. Rusiya tərəfi hazırda Atlantik okeanında üzən tankerdən azad edilmiş rusların Rusiya ərazisinə qaytarılması üçün prosedurlar üzərində işləyir.
Zaxarova əlavə edib ki, Moskva Vaşinqtonun rus dənizçilərini vətənlərinə qaytarmaq barədə razılığını alqışlayır və bu məsələdə əməkdaşlığa görə minnətdarlığını bildirir.
//Samir Qurbanov, Editor.az