"Hazırda İranda molla rejiminin devrilməsi nəticəsində Qərbin istədiyi şəxsin hakimiyyətə gəlməsi üçün real vəziyyət yoxdur. Yəni, söhbət konkret olaraq Rıza Pəhləvidən gedirsə, İranda, xüsusilə də əhalinin yarısını təşkil edən türklər onu dəstəkləmir. Mollalara “get” deyirlər, Rza Pəhləviyə isə “gəl” demirlər. Bəs çıxış yolu nədir? Düşünürəm ki, bu hadisələrin nəticəsində İrandakı molla rejimi devriləcək və xalqın seçdiyi legitim prezident bütün səlahiyyətləri əlində toplayacaq. Hazırda İranda xalqın seçdiyi prezidentin səlahiyyətləri, bir ovuc şura üzvünün seçdiyi molla başının səlahiyyətləri qədər deyil. Faktiki olaraq, ölkədə hakim-mütləq İranın ali dini rəhbəri Xameneindir. Halbuki xalq onu seçməyib, onu bir qrup şura üzvü seçib. Prezident Məsud Pezeşkian isə ümumxalq səsverməsində seçilib, yəni xalqın seçdiyi adamdır. Amma göründüyü kimi, xalqın seçdiyi şəxsin səlahiyyətləri yoxdur, hansısa şuranın seçdiyi adam isə hər şəyə rəhbərlik edir və nəzarət edir. Xalq da buna məhəl qoyur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, İranda yaranmış mövcud vəziyyəti dəyərləndirən bəzi siyasi analitiklərin fikrincə, ölkədə rejim dəyişikliyi artıq labüd mərhələyə daxil olub. Onlar bildirirlər ki, dərinləşən sosial-iqtisadi problemlər, ictimai narazılığın artması və siyasi institutlara inamın zəifləməsi bu prosesi sürətləndirən əsas amillər sırasındadır.
Siyasi şərhçi qeyd edib ki, bu səbəbdən ABŞ nümayəndəsinin gəlib burada hakimiyyəti ələ alması ağlabatan görünmür.