ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Böyük Britaniyada “Goretti” qasırğası ilə əlaqədar minlərlə insan ciddi çətinliklərlə üzləşib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Midlend bölgəsində, ölkənin cənub-qərbində və Uelsdə təxminən 60 min ev elektrik enerjisiz qalıb. Güclü qar və külək səbəbindən 250-dən çox məktəb bağlanıb. Onların 150-dən çoxu Aberdinşirdə, onlarla məktəb Haylend bölgəsində və Aberdində, bir neçəsi isə Moray ərazisində yerləşir.
Məlumata görə, mövcud vəziyyətlə bağlı nəqliyyatda ciddi problemlər yaranıb. “West Midlands Railway” bütün qatar reyslərini dayandırdığını açıqlayıb. “British Airways” isə Londonun Hitrou hava limanından planlaşdırılan 25 uçuşu ləğv edib, 27 reysin isə ölkəyə gəlişi təxirə salınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.