AZ

Tonlarla yanacaq Ermənistana yola salındıVİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib.

Yanacaq yüklü qatar Bakıdan yola salınıb.

Budəfəki partiyada 48 vaqonda ümumilikdə 2698 ton neft məhsulu göndərilib ki, onun da 1742 tonu Aİ-95 markalı benzin, 956 tonu isə dizel yanacağıdır. Bu isə o deməkdir ki, strateji baxımdan Ermənistanın enerji təhlükəsizliyinin mərkəzi Bakıya keçir. Eləcə də regionda gələcək iqtisadi konfiqurasiyanı Bakının diktə etdiyini göstərən həlledici addımdır.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addım hesab olunur. Bunun həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verməsi hədəflənib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
37
xezerxeber.az

1Mənbələr