AZ

Rafinya Barselona tarixində ilk 50 liyə düşdü

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rafinya "Barselona" tarixində ilk 50-liyə düşdü

“Barselona”nın cinah hücumçusu Rafinya İspaniya Superkubokunun yarımfinalında “Atletik”ə (Bilbao) qarşı keçirilən oyunda dubl edib.

QOL.az xəbər verir ki, 5:0 hesabı ilə başa çatan qarşılaşmada iki dəfə fərqlənən braziliyalı vinger bununla da Kataloniya klubunun tarixində ən çox qol vuran 50 futbolçu sırasına daxil olub.

Qeyd edək ki, Rafinya ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 57 oyuna çıxaraq 34 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı futbolçu Çempionlar Liqasında həm ən yaxşı bombardir (13 qol), həm də ən yaxşı məhsuldar ötürmə edən (8 ötürmə) futbolçu olub. O, komanda ilə birlikdə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
qol.az

2Mənbələr