AZ

Bu il qızılın qiyməti bu qədər arta bilər AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Qızıl ötən il təxminən 65 faiz dəyər qazanıb və bu, təsadüfi proses deyil. Bu artımın arxasında əsasən iki mühüm səbəb dayanır”. Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib.O deyib ki, birinci səbəb dünyada mövcud olan qeyri-müəyyənliklərdir:“Müharibələr, siyasi gərginliklər, iqtisadi risklər və bazarlardakı qeyri-stabil vəziyyət investorları narahat edir. Belə dövrlərdə insanlar pullarını daha təhlükəsiz hesab edilən aktivlərə yönəldirlər. Qızıl isə ənənəvi olaraq risklərdən qorunma vasitəsi sayılır. Bu il qızıl qiymətlərinin ötən il olduğu kimi kəskin artacağı gözlənilmir. Lakin qiymətlərin yenə də yüksək səviyyədə qalacağı ehtimal olunur. Mütəxəssislər il ərzində 5–10 faiz civarında artımın mümkün olduğunu bildirirlər. Bu isə qızılın hələ də etibarlı yatırım aləti olaraq qaldığını göstərir”.O bildirib ki, ikinci əsas səbəb dolların ucuzlaşması ilə bağlıdır:“ABŞ Mərkəzi Bankı – FED son iclaslarda faiz dərəcələrini aşağı salmağa başlayıb. Faizlərin endirilməsi dolların dəyərini zəiflədir. Dollar ucuzlaşdıqca qızıl daha cəlbedici olur və ona tələbat artır. Nəticədə qızılın qiyməti yüksəlir. Bir sözlə, qızıl ucuz dollar fonunda gündən-günə dəyər qazanır. Daxili bazarda isə qızılın qiyməti dünya bazarındakı dəyişikliklərə uyğun müəyyənləşir. Yəni qlobal bazarda qiymət artdıqda, bu artım yerli bazarda da hiss olunur”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
demokrat.az

1Mənbələr