AZ

Bakı və İrəvan arasında daha bir RAZILAŞMA – Bundan sonra…

Bakı ilə İrəvan arasında Ermənistan məhsullarının ixracının bərpası ilə bağlı danışıqlar aparılır.

NOCOMMENT.az xəbər verir ki, müzakirələr çərçivəsində Ermənistandan Azərbaycana alüminium folqa, alüminium folqa üçün xammal, ferromolibden, ev heyvanları, konyak istehsalı üçün xammal, tütün və tekstil məhsullarının ixracı məsələləri nəzərdən keçirilir.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan erməni KİV-lərinə açıqlamasında bildirib ki, bu prosesdə Azərbaycan tərəfdən də konkret məhsulların idxalında maraqlı olan şirkətlər var. Onun sözlərinə görə, Azərbaycan tərəfi maraq göstərdiyi məhsulların siyahısını təqdim edib, Ermənistan isə ixrac edə biləcəyi həcmlərlə bağlı məlumatları qarşı tərəfə göndərib.

Nazir əlavə edib ki, Ermənistanın təqdim etdiyi siyahıya qızılgüllər, eləcə də istixana məhsulları – pomidor və bibər də daxildir. Papoyan qeyd edib ki, danışıqlar davam edir və tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq imkanlarını dəyərləndirirlər./KONKRET.az/

Seçilən
76
2
nocomment.az

3Mənbələr