AZ

Amnistiya ilə azadlığa çıxan müğənni yenidən hakim qarşısında

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Bir neçə gün Amnistiya Aktı nəticəsində azadlığa çıxan müğənni Dəniz Əsədova yenidən hakim qarşısına çıxarılır.

Gununsesi.info bildirir ki, müğənni bu dəfə saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

Bu gün  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-nə təyin edilib.

Dəniz Əsədova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham verilib. Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

İttihama görə, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib. O, ümumilikdə dövlətə 1,6 milyon manat ziyan vurub.

Dəniz Əsədova daha öncə Binəqədi rayon Məhkəməsinin qərarı ilə xüsusi ittiham qaydasında 7 ay azadlıqdan məhrum edilib. Daha sonra digər ittihamla cəzası artırılıb.

Günay Mahirqızı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
22
icma.az

10Mənbələr