AZ

Cənubi Koreyada 179 nəfərin ölümünə səbəb olan Jeju Air qəzasında sərnişinlərin sağ qalma ehtimalının olduğu ortaya çıxıb



Cənubi Koreya Milli Assambleyasına təqdim edilən hesabatda 2024-cü ilin dekabr ayında Jeju Air şirkətinə məxsus təyyarə qəzasında "bütün sərnişinlərin sağ qalma ehtimalının" olduğu bildirilib. Qəza nəticəsində eniş şassisi açılmamış və təyyarə divara çırpılmış, 179 nəfər həlak olub.
"The Korea Herald" qəzetinin məlumatına görə, əsas müxalifət Xalq Gücü Partiyasından (XGP) olan millət vəkili Kim Eun-hye, Cənubi Koreya aviasiya tarixində ən ölümcül fəlakət hesab edilən Jeju Air qəzası ilə bağlı hesabatın bəzi təfərrüatlarını paylaşıb.

Simulyasiya görüntüləri ilə dəstəklənən hesabatda, uçuş-enmə zolağının sonunda cihaz eniş sistemini dəstəkləyən beton divarın olmaması və ya zərbə nəticəsində çökməsi üçün nəzərdə tutulması halında bütün sərnişinlərin sağ qalacağı qənaətinə gəlinib.
Simulyasiyalar göstərdi ki, təyyarə uçuş-enmə zolağı boyunca sürüşüb beton divara dəydikdən sonra düz yerdə davam etsəydi, heç bir toqquşma olmadan öz-özünə dayanacaqdı.

Sənədlər göstərir ki, düz yerdə sürüşən təyyarə tam dayanmadan əvvəl daha 630 metr davam edəcək və bununla da sərnişinlərin xilas edilməsi ehtimalını artıracaqdı.

Cənubi Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi də Parlamentə təyyarənin vurduğu maneənin "aeroport təhlükəsizlik standartlarına cavab vermədiyini" bildirib.

aia.az
Tərcümə şöbəsi



Seçilən
51
aia.az

1Mənbələr